“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 31 may tarixli 135-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1.
qüvvədə olan Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı müvafiq tədbirlər görsün.
3.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə
612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755;
2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr
478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə
478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹ 1, maddələr
19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr
340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə
909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr
299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə
1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə
407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9,
maddə 743, ¹ 11, maddələr 942, 945; 2007, ¹ 1, maddə 11, ¹
2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr
767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227;
2008, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507,
¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə
894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060,
1061, 1062, 1065; 2009, ¹ 2, maddə 330, ¹ 3, maddə 163, ¹ 4, maddə
226, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹
10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010, ¹ 2,
maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5, maddə 393, ¹ 7, maddələr
606, 607, 610, ¹ 8, maddələr 721, 725, ¹ 10, maddələr 847,
854, ¹ 11, maddə 972; 2011, ¹ 3, maddələr 174, 175)
aşağıdakı dəyişikliklər edilsin:
3.1.
2.8-ci bənddə “404.8-ci,” sözlərindən sonra
“406.1.7-ci,” sözləri, “421.3-cü” sözlərindən
sonra “maddələrində, 451.7-ci maddənin
üçüncü cümləsində” sözləri əlavə
edilsin;
3.2.
aşağıdakı məzmunda 2.44-cü bənd əlavə
edilsin:
“2.44.
həmin Məcəllənin 451.7-ci maddəsinin altıncı
cümləsində “müvafiq icra hakimiyyəti orqanı”
dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə tutulur.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2011-ci il.
Azərbaycan.- 2011.-1 iyul.- S. 3.