Kanadanın General-Qubernatoru zati-aliləri cənab Devid Constona

 

Hörmətli cənab General-Qubernator!

Milli bayramınız - Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Kanada dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 1 iyul.- S.  1.