Azərbaycan öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə qadirdir
Dövlət müstəqilliyinin bərpasının 20 illiyi və ordumuzun yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçirilən təntənəli paradı ölkəmizin hərbi qüdrətini növbəti dəfə nümayiş etdirdi. Ölkəmizin hərbi potensialının az bir qisminin nümayiş etdirilməsinə baxmayaraq, parad bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olması ilə bağlı indiyə qədər deyilənlərə əyanilik gətirdi.
Milli Məclisin deputatı, Xankəndi ictimaiyyətinin təmsilçisi və şəhid ailəsi mənsubu
Flora Qasımova ilə söhbətimiz də bu mövzudadır.
- Flora
xanım, paradda nümayiş
etdirilən Azərbaycan Silahlı Qüvvələrinin güc və potensialı sizdə hansı təəssüratları
yaratdı?
- Qəlbində vətənpərvərlik hissləri olan hər bir azərbaycanlı kimi Azərbaycanın iqtisadi baxımdan inkişafı və buna paralel olaraq ordumuzun güclənməsi məni də fərəhləndirir və qürurlandırır. Ölkəmizdə ayrı-ayrı qoşun növlərinin timsalında ordu quruculuğunun ən son nailiyyətləri, xüsusən modernləşmə istiqamətində görülən işlər məlumdur. 2008-ci ildə keçirilən hərbi paradda da ordumuzun potensial imkanlarının bir hissəsini görmüşdük. Bu parad isə göstərdi ki, son 3 ildə Azərbaycan ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Hərbi paradda Azərbaycan Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin 6 min nəfərlik şəxsi heyəti iştirak etdi, 400-dək hərbi texnika və silah sistemləri nümayiş olundu. Ən fərəhlisi odur ki, hərbi texnikanın arasında Azərbaycanda istehsal olunan və modernləşdirilən silahlar ötən dəfəki paradla müqayisədə üstünlük təşkil edirdi. Bu çox böyük nailiyyətdir və Azərbaycanda hərbi sənaye kompleksinin uğurlu inkişafından xəbər verir.
Bu möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişi ilə yanaşı, həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatması və regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan Respublikası üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq, işğal olunmuş əraziləri azad etmək məqsədilə Silahlı Qüvvələrin döyüş imkanlarını daha da artırmağı zəruri edir. Bu mənada, silahlı qüvvələrimizin qüdrətlənməsi, işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq olduqca təqdirəlayiqdir. Bu mənada, ən böyük təəssüratım ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarını istənilən an hərbi yolla azad etməyə qadirdir.
Növbəti illərdə biz Azərbaycanda daha böyük iqtisadi inkişaf müqşahidə edəcəyik. İqtisadi inkişaf isə bütün sahələrin tərəqqisi üçün stimuldur. Azərbaycandakı kompleks inkişafın da əsasında iqtisadiyyatın güclənməsi dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz iqtisadi gücdən yararlanaraq digər sahələrin də inkişafına geniş imkanlar yaradır.
Azərbaycanda artıq hərbi xərclər 3 milyard 300 milyon dollar həcmindədir. Hərbi xərclər
büdcədə birinci
yeri tutur. Ərazisi işğal altında olan ölkə üçün bu, tam normaldır. Eyni zamanda,
Azərbaycanda hərbi
mütəxəssislərin yetişdirilməsi sahəsində
vəziyyət çox
yaxşıdır. Hərbi məktəblərimizdə
hərbin istənilən
sahəsi üzrə peşəkar kadrlar yetişdirilir. O cümlədən
hərbçilərin sosial
vəziyyəti ildən-ilə
daha da yaxşılaşdırılır.
Bu günlərdə Prezident İlham Əliyev tərəfindən
hərbçilərin maaşlarının
daha 25 faiz artırılması olduqca
təqdirəlayiqdir. Azərbaycanın hərbi sənayesi isə ordumuzu istənilən praktik döyüş vəsaiti
ilə təchiz etməyə qadirdir.
Ən əsası isə, Azərbaycan ordusunun arsenalı döyüşdə
həlledici rol oynayan müasir hərbi texnika sarıdan heç vaxt korluq çəkə
bilməz. Bu mənada, ölkəmizin hərbi uğurları çox böyükdür
və bütün bunları Ermənistan rəhbərliyi də bilməmiş deyil. Ona görə onların həyəcanını da
başa düşmək
olar. Çünki əgər hərbi
əməliyyatlar başlasa,
ermənilər hətta
döyüşməyə əsgər də tapmayacaqlar.
- Siz də belə bir fikirlə razı olarsınız ki, qüdrətli, güclü Azərbaycan ordusu həm də şəhidlərimizin
arzularının reallaşması
deməkdir…
- Mənim gözümün
qarşısına ağır
və keşməkeşli
1991-1992-ci illər gəlir.
Vaxtilə peşəkar
hərbçi kimi
SSRİ Daxili Qoşunlarının
Bakıdakı hərbi
hissəsində qulluq
edən həyat yoldaşım, Azərbaycanın
Milli Qəhrəmanı
Şirin Mirzəyev ermənilərin Qarabağdakı
əməllərini görür
və onların vəhşiliklərini heç
cür qəbul edə bilmirdi. Xidmət müddətinin başa çatmasına az qalmış
tərxis olunmaq barədə raport yazdı, Ağdama yollanaraq özünümüdafiə
taboruna komandirlik etməyə başladı.
Sonra
tabor alaya çevrildi,
Şirinin rəhbərliyi
ilə uğurlu döyüş əməliyyatları
keçirildi. 1992-ci il iyunun 18-də döyüşlərin birində
Şirin Mirzəyev qəhrəmancasına şəhid
oldu. Ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görüldü.
O zaman Şirin Mirzəyev kimi peşəkar hərbçilərə
ehtiyac böyük idi. Şirin Mirzəyev taborun
yaradılması üçün
min bir əziyyətlərə
qatlaşdı. Silah-sursat
tapılmırdı, peşəkar
zabitlər az
idi. Yuxarıdan orduya diqqət
yox idi. O zamanlar daha çox
qeyri-peşəkarların yeni
yaranan hərbi hissələrə rəhbərliyinin
nəticəsi idi ki, ordu quruculuğu
düzgün istiqamətdə
aparılmadı. Şirin Mirzəyev
kimi peşəkar hərbçilərin arzusu
reallaşmadı.
Bu gün isə
vəziyyət tamamilə
dəyişib. Azərbaycanın vahid komandanlığa
əsaslanan güclü
ordusu formalaşıb.
Bu ordu vaxtilə
Şirin Mirzəyevin görmək istədiyi ordudur. Həyat yoldaşım aramızda
olmasa da, onun arzusu olan
güclü Azərbaycan
ordusunun yaradılması
bizə təsəlli
verir. İnanırıq ki, bu ordu sülh danışıqları nəticəsiz
qalacağı təqdirdə
işğal altında
olan torpaqlarımızı
azad edəcək, şəhidlərimizin arzularını
reallaşdıracaq. O zaman Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
şəhidlərimizin qanı
da yerdə qalmayacaq!
Müsahibəni apardı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2011.- 1 iyul.- S. 5.