ABŞ tarixində ilk dəfə
Qarabağa həsr olunmuş poçt markaları
buraxılmışdır
Vaşinqtonda
fəaliyyət göstərən Qarabağ Fondu ABŞ
tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş
poçt markaları çap etdirmişdir.
Fonddan
AzərTAc-a bildirmişlər ki, satış üçün
nəzərdə tutulmuş bu poçt markaları
"Qarabağ: Keçmişə və gələcəyə
baxış" layihəsinin bir hissəsidir.
Markaların
üzərində Qarabağın tarixi abidələri, qədim
alban kilsələri, Şuşa qalası təsvir
olunmuşdur.
Qarabağ
Fondu bu markaları hədiyyə olaraq ABŞ-ın
tanınmış marka kolleksiyaçılarına da təqdim
edəcəkdir. Markaları əldə etmək istəyən
hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn
mağazadan bu link vasitəsilə sifariş verə bilər:
http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/.
Markaların
satışından əldə olunan gəlir Qarabağ
Fondunun mədəni layihələrini reallaşdırmaq
üçün sərf olunacaqdır.
Qarabağ
Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi
Vaşinqton şəhərində yerləşən
qeyri-hökumət təşkilatıdır. Bu təşkilat
ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3
statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycanı,
onun Qarabağ bölgəsini və bütünlükdə
Qafqazı amerikalılara tanıtmaq, xalqımızın mədəniyyəti
və musiqisini Amerikada tərənnüm və təbliğ
etməkdən ibarətdir. Buna nail olmaq üçün
Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram,
forum və mübadilə proqramlarını həyata
keçirir.
Azərbaycan.- 2011.-1 iyul.- S. 6.