Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 42.0.10 və 53-cü maddələr çıxarılsın;

1.2. 43.1-ci maddədən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılsın;

1.3. 44.2-ci maddədə “on min manatadək miqdarda” sözlərindən sonra “və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda” sözləri əlavə olunsun;

1.4. 47.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“47.3. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və on iki saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.”;

1.5. 49.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.”;

1.6. 55.3-cü maddədə “, islah işləri və ya azadlığın məhdudlaşdırılması” sözləri “və ya islah işləri” sözləri ilə əvəz edilsin;

1.7. 68.1.2-ci maddə çıxarılsın;

1.8. 69.1-ci maddədən “azadlığın məhdudlaşdırılmasının,” sözləri çıxarılsın;

1.9. 69.3-cü maddədən “azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,” sözləri çıxarılsın;

1.10. 70.1-ci maddədən “, azadlığın məhdudlaşdırılması” sözləri çıxarılsın;

1.11. 76.1-ci maddədən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılsın;

1.12. 76.3.2-ci maddə çıxarılsın;

1.13. 76.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.”;

1.14. 101.1, 152, 197.2, 220.2, 302.3 və 319.1-ci maddələrdən “azadlığın məhdudlaşdırılması və ya eyni müddətə” sözləri çıxarılsın;

1.15. 122.1-ci maddədə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd” sözləri “iki ilədək müddətə islah işləri və ya üç” sözləri ilə əvəz edilsin;

1.16. 123.1-ci maddədə “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.17. 123.2 və 124.1-ci maddələrdə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.18. 125, 160.2, 182.1, 185.1, 189-1.2, 189-1.3, 189-1.4, 194.1, 201.1, 203-1.1, 223.1, 224-2, 230, 236.1, 264, 268.1, 269, 285, 292.1 və 306.2-ci maddələrdən “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.19. 127.1, 143-1, 202-1.1, 233 və 306.1-ci maddələrdən “və ya eyni müddətə azadlığın məhdudlaşdırılması” sözləri çıxarılsın;

1.20. 128-ci maddədə “islah işləri” sözlərindən sonra “və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə” sözləri əlavə edilsin;

1.21. 129.1, 130.2 və 265.1-ci maddələrdə “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.22. 130.1, 131.2, 140.1, 147.2, 153, 198.2, 203.2, 231, 250.2, 297.1 və 324-cü maddələrdən “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.23. 134-cü maddədə “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.24. 142.1-ci maddədən “azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə” sözləri çıxarılsın;

1.25. 169.1 və 326.1-ci maddələrdən “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.26. 169.2-ci maddədən “bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya” sözləri çıxarılsın;

1.27. 189-1.1-ci maddədən “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə” sözləri çıxarılsın;

1.28. 192.1 və 193.1-ci maddələrdə “min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə” sözləri ilə əvəz olunsun;

1.29. 192.2 və 193.2-ci maddələrdə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən” sözləri ilə əvəz edilsin;

1.30. 195.1-ci maddədə “min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə” sözləri ilə əvəz edilsin;

1.31. 195.2-ci maddədə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə” sözləri ilə əvəz edilsin;

1.32. 195-1.1-ci maddədə “üç min beş yüz manatdan beş min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə” sözləri ilə əvəz edilsin;

1.33. 195-1.2-ci maddədə “, iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə” sözləri ilə əvəz edilsin;

1.34. 195-1.3-cü maddədə “məhrum edilməklə,” sözləri “məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya” sözləri ilə əvəz edilsin;

1.35. 196.1-ci maddədə “min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.36. 196.2-ci maddədə “iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz olunsun;

1.37. 199.1-ci maddədən “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri çıxarılsın;

1.38. 200.2-ci maddədə “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “altı ayadək müddətə azadlıqdan məhrum etmə” sözləri ilə əvəz edilsin;

1.39. 202.2-ci maddədə “eyni müddətə azadlığın məhdudlaşdırılması” sözləri “altı ayadək müddətə azadlıqdan məhrum etmə” sözləri ilə əvəz edilsin;

1.40. 202-2.1-ci maddədən “min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.41. 202-2.2-ci maddədən “üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.42. 210.1-ci maddədə “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.43. 210.2-ci maddədə “iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə” sözləri ilə əvəz olunsun;

1.44. 225.1, 270 və 283.1-ci maddələrdə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.45. 242-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.46. 251.2-ci maddədə “bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.47. 252.2-ci maddədə “iki ilədək müddətə islah işləri” sözləri “min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.48. 258.3-cü maddədən “iki ilədək azadlığın məhdudlaşdırılması və ya” sözləri çıxarılsın;

1.49. 262.1-ci maddədən “ağır və ya” sözləri çıxarılsın və maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.50. aşağıdakı məzmunda 262.1-1-ci maddə əlavə edilsin:

“262.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.51. 262.2-ci maddədə “Eyni əməllər” sözləri “Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər” sözləri ilə əvəz edilsin;

1.52. 263.1-ci maddədən “və ya ağır” sözləri çıxarılsın və maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.53. aşağıdakı məzmunda 263.1-1-ci maddə əlavə edilsin:

“263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.54. 263.2-ci maddədə “Eyni əməllər” sözləri “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər” sözləri ilə əvəz edilsin;

1.55. 267.1-ci maddədə “iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.56. 273.1-ci maddədən “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri çıxarılsın;

1.57. 320.1-ci maddədə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin;

1.58. 322.1-ci maddədə “bir ildən iki ilədək” sözləri “bir ilədək” sözləri ilə əvəz edilsin;

1.59. 322.2-ci maddədə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində olan hökmlərə, məhkumun ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında, hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən prosessual qanunvericiliklə nəzərdə tutulmuş hökmün icrası qaydasında yenidən baxılsın və azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi, bir gün azadlığın məhdudlaşdırılmasına bir gün islah işləri hesabı ilə hesablanmaqla, islah işləri cəzası ilə və ya aşağıdakı miqdarda cərimə cəzası ilə əvəz olunsun:

2.1.1. azadlığın məhdudlaşdırılması cəzasının bu Qanun qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda - üç yüz manatdan beş yüz manatadək miqdarda;

2.1.2. azadlığın məhdudlaşdırılması cəzasının bu Qanun qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olduqda - beş yüz manatdan səkkiz yüz manatadək miqdarda;

2.1.3. azadlığın məhdudlaşdırılması cəzasının bu Qanun qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi iki ildən artıq olduqda - səkkiz yüz manatdan min manatadək miqdarda.

2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilən cərimənin miqdarı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cərimə cəzası nəzərdə tutulmuşdursa, həmin cəzanın yuxarı həddindən çox ola bilməz.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2011-ci il

 

Azərbaycan.- 2011.-2 iyul.- S. 3.