Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndinə əsasən qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 586, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 6, maddə 399; 2005-ci il, ¹ 4, maddə 278; 2006-cı il, ¹ 11, maddə 929; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010-cu il, ¹ 3, maddə 171, ¹ 4, maddə 275, ¹ 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12.2-ci maddədə “Azadlığın məhdudlaşdırılması, müəyyən” sözləri “Müəyyən” sözü ilə əvəz edilsin və “xüsusi müəssisənin və ya” sözləri çıxarılsın.
1.2. 12.3-cü maddədən “xüsusi
müəssisənin və ya” sözləri
çıxarılsın.
1.3.
13.2-ci maddədə “müəssisələri və xüsusi
müəssisələrdə” sözləri “müəssisələrində”
sözü ilə əvəz edilsin.
1.4.
15.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“15.6.
Müəyyən müddətə azadlıqdan məhrum etmə
və ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaların icrasını müvafiq cəzaçəkmə
müəssisələri həyata keçirirlər.”.
1.5.
15.10-cu maddədə “Azadlığın məhdudlaşdırılması,
intizam” sözləri “İntizam” sözü ilə əvəz
edilsin.
1.6.
28.3-cü maddə çıxarılsın.
1.7.
38.2-ci maddədə “azadlığın məhdudlaşdırılması
və ya müəyyən müddətə azadlıqdan məhrum
etmə cəza növləri” sözləri “müəyyən
müddətə azadlıqdan məhrum etmə növündə
cəza” sözləri ilə əvəz edilsin;
1.8.
51.4-cü maddədən “azadlığın məhdudlaşdırılması
və ya” sözləri çıxarılsın.
1.9.
VIII fəsil çıxarılsın;
1.10.
70.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“70.2.2.
ciddi rejimli cəzaçəkmə müəssisələrindən
- ümumi rejimli cəzaçəkmə müəssisələrinə
- cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdə.”.
1.11.
Aşağıdakı məzmunda 70.2.3-cü, 70.2.4-cü və
70.3.4-cü maddələr əlavə edilsin:
“70.2.3.
ilk dəfə ağır cinayət törətmiş məhkumlar
ümumi rejimli cəzaçəkmə müəssisələrindən
- məntəqə tipli cəzaçəkmə müəssisələrinə
- cəza müddətinin ən azı üçdə iki
hissəsini çəkdikdə.
70.2.4.
az ağır və ya böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş məhkumlar
ümumi rejimli cəzaçəkmə müəssisələrindən
- məntəqə tipli cəzaçəkmə müəssisələrinə
- cəza müddətinin ən azı üçdəbirini
çəkdikdə.
70.3.4.
ciddi rejimli cəzaçəkmə müəssisələrindən
ümumi rejimli cəzaçəkmə müəssisələrinə
keçirilmiş şəxslər.”.
1.12.
Aşağıdakı məzmunda 89.4-1-ci maddə əlavə
olunsun:
“89.4-1.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində
cəza çəkən və cəzaçəkmə
müəssisəsindən kənarda, yaxud cəzaçəkmə
müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti
ilə məşğul olan məhkuma nümunəvi
davranışına, əməyə və təhsilə
vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində
fəal iştirakına görə cəzaçəkmə
müəssisəsi müdiriyyətinin qərarı ilə əmək
məzuniyyətini cəzaçəkmə müəssisəsinin
hüdudlarından kənarda (yalnız Azərbaycan
Respublikasının ərazisi hüdudlarında) keçirməyə
icazə verilməlidir.”.
1.13.
107.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“107.3.
Məntəqə tipli cəzaçəkmə müəssisələrində
cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara
bir ay müddətində müəssisədən kənara
çıxmağın və ya üç ay ərzində
istirahət və bayram günlərini cəzaçəkmə
müəssisəsindən kənarda keçirməyin
qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin
70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər
tənbeh tədbirləri tətbiq edilir.”.
1.14.
Aşağıdakı məzmunda 108.1-1-ci maddə əlavə
edilsin:
“108.1-1.
Məntəqə tipli cəzaçəkmə müəssisələrində
cəzanın icrası qaydalarının qərəzli
pozulması, həmçinin aşağıdakı hallar hesab
edilir:
108.1-1.1.
məhkumun cəzaçəkmə müəssisəsini icazəsiz
tərk etməsi;
108.1-1.2.
məhkumun üzrsüz səbəbdən ayda iki dəfədən
çox cəzaçəkmə müəssisəsinə
vaxtında qayıtmaması.”.
1.15.
112.2-ci maddədə “ilk dəfə ağır cinayətlərə
görə məhkum olunmuş” sözlərindən sonra “və
bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən
keçirilmiş” sözləri əlavə olunsun.
1.16.
113.4-cü maddədə “məhkum olunmuş” sözlərindən
sonra “və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən
keçirilmiş” sözləri əlavə olunsun.
1.17.
118.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“118.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində
ehtiyatsızlıqdan törədilmiş cinayətlərə
görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş
şəxslər və bu Məcəllənin
70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən
keçirilmiş şəxslər cəza
çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən
keçirilmiş ağır və ya az ağır cinayətlərə
görə azadlıqdan məhrum etmə növündə cəzaya
məhkum olunmuş şəxslər
məntəqə tipli cəzaçəkmə
müəssisələrində digər məhkumlardan ayrı
saxlanılırlar.”.
1.18.
119-cu maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
“119.1.
Məntəqə tipli cəzaçəkmə müəssisələrində
məhkumlar:
119.1.1.
mühafizəsiz, lakin nəzarət altında
saxlanılırlar;
119.1.2.
müəyyən edilmiş nümunəli şəxsiyyəti
təsdiq edən sənəd daşıyırlar;
119.1.3.
yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə
sərbəst hərəkət edə bilərlər;
119.1.4.
məhdudiyyət qoyulmadan qohumları ilə və başqa
şəxslərlə yazışa və görüşə
bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;
119.1.5.
cəzaçəkmə müəssisəsində gündə
bir dəfə müddəti on beş dəqiqə olmaqla
telefonla danışa bilərlər;
119.1.6.
məişətdə istifadə edilən ümumi paltar geyinə,
pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud
istifadə edə bilərlər.
119.2.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində
cəza çəkən məhkumların kommunal, yemək,
maddi-məişət, tibbi-sanitariya və digər təminatları
dövlət hesabına həyata keçirilir.
119.3. Cəzaçəkmə
müəssisəsindən kənarda müəssisəyə
yaxın ərazidə işə düzələn və ya ali, orta
ixtisas, ilk peşə-ixtisas
təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin icazəsi ilə sutkada
on iki saatdan
artıq olmayan müddətdə
müəssisədən kənarda, lakin
Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz
hərəkət edə bilərlər. Bu halda
müəssisənin müdiriyyəti tərəfindən qəbul
edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib
olunan cəzaçəkmə müəssisəsindən
çıxma və cəzaçəkmə müəssisəsinə
qayıtma qrafiki müəyyən edilir.
119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.”.
1.19. 154.3, 155.2 və 168.1-ci maddələrdən
“azadlığın məhdudlaşdırılması,”
sözləri çıxarılsın.
1.20.
157.1-ci maddədən “, azadlığın məhdudlaşdırılması”
sözləri çıxarılsın.
1.21.
168.2 və 168.4-cü maddələrdə “Azadlığın
məhdudlaşdırılması və ya müəyyən”
sözləri “Müəyyən” sözü ilə əvəz
edilsin.
1.22.
170.6-cı maddədə “, islah işləri və ya
azadlığın məhdudlaşdırılması” sözləri
“və ya islah işləri” sözləri ilə əvəz
edilsin.
1.23.
175.1-ci maddədən “xüsusi müəssisənin və ya”
sözləri çıxarılsın.
1.24.
175.2-ci maddə üzrə:
1.24.1.
birinci cümlədə “Xüsusi müəssisənin və
ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti
azadlığın məhdudlaşdırılması,”
sözləri “Cəzaçəkmə müəssisəsinin
müdiriyyəti” sözləri ilə əvəz edilsin;
1.24.2.
ikinci və beşinci cümlələrdən “xüsusi
müəssisənin və ya” sözləri
çıxarılsın.
1.25.
177-ci maddədə “Azadlığın məhdudlaşdırılması,
müəyyən” sözləri “Müəyyən”
sözü ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəaları
Bu Qanunun 1.12, 1.13, 1.14 və 1.18-ci maddələri 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2011-ci il.
Azərbaycan.- 2011.- 2 iyul.- S. 2.