Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndinə əsasən, “Məhkəmələr və
hakimlər haqqında” və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun
olaraq qərara alır:
Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 5, maddə 236;
2003-cü il, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279;
2004-cü il, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005-ci il, ¹ 4, maddələr 277, 278; 2006-cı il, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə
68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə
756; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə
1046; 2009-cu il, ¹ 6, maddə 402; 2010-cu il, ¹ 4, maddə 276)
aşağıdakı dəyişikliklər edilsin:
1.
4.3-cü maddədə “iqtisad məhkəməsinin” sözləri
“inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz
edilsin.
2.
24.2-ci maddədə “iqtisad məhkəməsinə” sözləri
“inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz
edilsin.
3.
25-ci maddədə:
3.1.
25.1-ci maddədən “, inzibati” sözü
çıxarılsın;
3.2.
25.2-ci maddə çıxarılsın.
4.
26-cı maddədə:
4.1.
maddənin adında “iqtisad məhkəməsinə” sözləri
“inzibati-iqtisadi məhkəmələrə” sözləri ilə
əvəz edilsin;
4.2.
26.1-ci maddədən “mülki, inzibati və digər hüquq
münasibətlərindən yaranan” sözləri
çıxarılsın və “iqtisad məhkəməsinə”
sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri
ilə əvəz edilsin;
4.3.
26.2-ci maddədə “İqtisad məhkəməsində”
sözləri “İnzibati-iqtisadi məhkəmədə”
sözləri ilə əvəz edilsin;
4.4.
26.2.1.-ci maddədə “iqtisad məhkəməsinin” sözləri
“inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz
edilsin;
4.5.
26.2.3-26.2.5-ci maddələr çıxarılsın;
4.6.
26.3-cü maddədə “İqtisad məhkəmələri”
sözləri “İnzibati-iqtisadi məhkəmələr”
sözləri ilə əvəz edilsin.
5.
30-cu maddədə “iqtisad məhkəməsinə” sözləri
“inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz
edilsin.
6.
34-cü maddənin birinci cümləsində “yerli iqtisad məhkəmələri”
sözləri “inzibati-iqtisadi məhkəmələr” sözləri
ilə əvəz edilsin.
7.
55.2-ci maddədə “iqtisad məhkəməsində” sözləri
“inzibati-iqtisadi məhkəmədə” sözləri ilə əvəz
edilsin.
8.
221-ci maddə çıxarılsın.
9. 231.3-cü
maddənin ikinci cümləsində “iqtisad məhkəməsinin”
sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri
ilə, hər iki halda “iqtisad məhkəməsi” sözləri
“inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz
edilsin.
10.
254.1.4-cü maddədə “və ya inzibati qaydada” sözləri
“, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə
icraatı qaydasında” sözləri ilə əvəz
edilsin.
11.
285.0.2-285.05-ci maddələr çıxarılsın.
12.
286.2-ci maddə çıxarılsın.
13.
288-ci və 289-cu maddələrdə “24-29-cu” sözləri
“24-cü və 25-ci” sözləri ilə əvəz edilsin.
14.
26-29-cu və 38-ci fəsillər çıxarılsın.
15.
358-ci maddədə:
15.1.
358.0.1-ci və 358.0.3-cü maddələrdən “işlər
üzrə” sözləri çıxarılsın;
15.2.
358.0.2-ci maddədə “yerli iqtisad məhkəmələrinin”
sözləri “inzibati-iqtisadi məhkəmələrin”
sözləri ilə və hər iki halda “iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri “inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
16.
402-ci maddədə “mülki işlər üzrə və
iqtisadi mübahisələrə dair işlər üzrə
kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi
kollegiyalarının” sözləri ilə, “mülki işlər
və iqtisadi mübahisələrə dair işlər üzrə
kollegiyalarının” sözləri “mülki və
inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə əvəz
edilsin.
17.
404-cü maddədə:
17.1.
404.1.1-ci maddədən hər iki halda “işlər üzrə”
sözləri və “işlər üzrə məhkəmə”
sözləri çıxarılsın;
17.2.
404.1.2-ci maddədə hər iki halda “iqtisadi mübahisələrə
dair işlər üzrə” sözləri və “iqtisadi
mübahisələrə dair işlər üzrə məhkəmə”
sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz
edilsin;
17.3.
404.2-ci maddədə “işlər və iqtisadi mübahisələr
üzrə” sözləri “kollegiyaya və inzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
18.
414-cü maddədə “işlər üzrə məhkəmə”
sözləri çıxarılsın və “İqtisadi
mübahisələrə dair məhkəmə” sözləri
“İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
19.
422-ci maddədə “işlər üzrə məhkəmə
kollegiyasının və İqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə” sözləri
“kollegiyasının və İnzibati-iqtisadi” sözləri ilə
əvəz edilsin.
20.
423-cü maddənin birinci cümləsində “işlər
üzrə məhkəmə kollegiyasının və
İqtisadi mübahisələr üzrə məhkəmə”
sözləri “kollegiyasının və İnzibati-iqtisadi”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il.
Azərbaycan.- 2011.- 2 iyul.- S. 4.