“Azərbaycan
Respublikasının İnzibati Xətalar
MəcəIIəsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli
155-IVQD nömrəli Qanununun tətbiqi və
"Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar MəcəIIəsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 10 iyun tarixli 155-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının Azərbaycan
Respublikasının İnzibati Xətalar MəcəIIəsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2011-ci il 10 iyun tarixli 155-IVQD nömrəli
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli
aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar
MəcəIIəsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun
tarixli 155-IVQD nömrəli Qanununa uyğunlaşdırılması
ilə bağlı müvafiq tədbirlər görsün.
3.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, III kitab, maddə
612; 2001, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə 755; 2002,
¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr 478,
484, 486; 2003, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9, maddə 478,
¹10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹1, maddələr
19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235, ¹5, maddələr
340, 341, 343, 345, 346, ¹8, maddələr 607, 608, ¹11, maddə 909,
¹12, maddə 1005; 2005, ¹2, maddələr 67, 69, ¹4, maddələr
299, 303, ¹8, maddə 702, ¹9, maddələr 801, 802, ¹12, maddə
1101; 2006, ¹2, maddə 83, ¹4, maddələr 321, 322, ¹5, maddə
407, ¹7, maddə 590, ¹8, maddələr 662, 663, 674, 675, 679, ¹9,
maddə 743, ¹11, maddələr 942, 945; 2007, ¹1, maddə 11, ¹2,
maddə 87, ¹3, maddə 230, ¹7, maddə 715, ¹8, maddələr
767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12, maddə 1227; 2008,
¹1, maddə 7, ¹3, maddə 186, ¹6, maddələr 504, 507, ¹7, maddə
617, ¹8, maddə 713, ¹9, maddə 798, ¹10, maddə 894, ¹11, maddələr
969, 971, 980, ¹12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹3, maddə
163, ¹4, maddə 226, ¹7, maddələr 532, 535, 539, 540, 542, ¹9,
maddə 688, ¹10, maddələr 776, 785, ¹12, maddələr 979,
993; 2010, ¹2, maddə 80, ¹3, maddələr 180, 189, ¹5, maddə
393, ¹7, maddələr 606, 607, 610, ¹10, maddələr 847, 854,
¹11, maddə 972; 2011, ¹3, maddələr 174, 175; Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 435 nömrəli
Fərmanı) aşağıdakı dəyişikliklər
edilsin:
3.1.
3.53-cü bənddən “330-cu,” rəqəmi
çıxarılsın;
3.2.
aşağıdakı məzmunda 3.71-ci bənd əlavə
edilsin:
“3.71.
həmin Məcəllənin 340-1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti baxır;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2011-ci il.
Azərbaycan.- 2011.-2 iyul.- S. 2.