“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2011-ci il 31 may tarixli 134-IVQD nömrəli Qanununun
tətbiqi və “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr
tarixli 24 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2011-ci il 31 may
tarixli 134-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1.
qüvvədə olan Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi hər bir
şəxsin yol hərəkəti qaydalarının pozuntusu
ilə əlaqədar barəsində tətbiq edilən
inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri
(cərimələr və onların ödənilməsi,
balların sayı və ya silinməsi) ilə bağlı
sürücülük vəsiqəsinin rekvizitlərini daxil
etməklə məlumat ala bilməsi üçün həmin
məlumatların nazirliyin rəsmi internet informasiya
ehtiyatlarında yerləşdirilməsini və onların daim
yenilənməsini təmin etsin.
4.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə 459;
2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə
1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə
226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
dördüncü abzasda “85-ci maddəsinin adında, birinci
cümləsində, 2-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin
qeydində (hər iki halda), 5-ci bəndində və onun
qeydində, 6-cı bəndin qeydində” sözləri “85-ci
maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin
ikinci abzasında (hər iki halda), 2-ci bəndinin qeydində (hər
iki halda), 5-ci bəndində” sözləri ilə əvəz
edilsin, “11-ci bəndinin qeydində “qaydada” sözündən
sonra və ikinci cümləsində” sözlərindən
sonra “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində,
4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində
və 11-ci hissəsində (hər üç halda)” sözləri
əlavə edilsin;
4.2.
aşağıdakı məzmunda iyirmi səkkizinci abzas əlavə
edilsin: “həmin Qanunun 85-1-ci maddəsinin 12-ci hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2011-ci il
Azərbaycan.- 2011.- 2 iyul.- S. 4.