Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya

 

Hörmətli Aleksandr Qriqoryeviç!

Sizidost Belarus xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan ilə Belarusu sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, dövlətlərimiz arasında bu xoş ənənələrə əsaslanan münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülhsabitlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 iyul.- S.  2.