“Azərbaycan
Respublikası Silahlı Qüvvələri hərbi
qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanları
haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası
Silahlı Qüvvələri hərbi
qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanlarının təsvirləri”nin
təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1322 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 412) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamədə:
1.1. 11-ci hissədə “hərbi tədris” sözləri “xüsusi təyinatlı təhsil” sözləri ilə əvəz edilsin;
1.2. 3-cü fəslin adında “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.3. 31-ci hissədə:
1.3.1. birinci abzasda “Hərbi tədris məktəbləri (HTM) və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri (XTTM) kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.3.2. üçüncü, dördüncü, beşinci, altıncı, on dördüncü (hər iki halda), on beşinci, on altıncı, on yeddinci və on səkkizinci abzaslarda “HTM-də və hərbi litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz edilsin;
1.4. 32-ci hissədə:
1.4.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.4.2. üçüncü, beşinci və altıncı abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.4.3. yeddinci abzasda “hərbi tədris məktəbinə (hərbi litseyə)” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.4.4. səkkizinci abzasda “Hərbi tədris məktəbləri” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litsey kursantlarından başqa)” sözləri ilə əvəz edilsin;
1.5. 33-cü hissədə:
1.5.1. birinci abzasda “Hərbi tədris məktəbləri və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.5.2. üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslarda “HTM-də və hərbi litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz edilsin;
1.5.3. on ikinci
abzasda “Hərbi tədris məktəbləri
və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri”
sözləri ilə əvəz edilsin;
1.5.4.
on dördüncü abzasda (hər iki halda), on beşinci, on
altıncı, on yeddinci, on səkkizinci, on doqquzuncu və
iyirmi üçüncü abzaslarda “HTM-də və hərbi
litseydə” sözləri “XTTM-də” sözü ilə əvəz
edilsin;
1.6. 34-cü hissədə:
1.6.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.6.2. üçüncü, beşinci və altıncı abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.6.3. yeddinci abzasda “hərbi tədris məktəbinə (hərbi litseyə)” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.6.4. səkkizinci abzasda “Hərbi tədris məktəbləri” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litseyin kursantlarından başqa)” sözləri ilə əvəz edilsin;
1.7. 35-ci hissədə:
1.7.1. birinci və ikinci abzaslarda “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)” sözləri ilə əvəz edilsin;
1.7.2. üçüncü və beşinci abzaslarda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.8. 6-cı fəslin adında “Hərbi Dəniz Qüvvələrinin hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.9. 42-ci hissənin birinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.10. 43-cü hissədə:
1.10.1. birinci, ikinci, üçüncü və beşinci abzaslarda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.10.2. dördüncü abzasda “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.11. 44-cü hissədə:
1.11.1. birinci abzasda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.11.2. on ikinci abzasda “HDQ HTM” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.12. 45-ci hissədə:
1.12.1. birinci, ikinci, üçüncü və altıncı abzaslarda “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.12.2. dördüncü abzasda “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;
1.13. 47-ci hissənin iyirimi beşinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.14. 49-cu hissənin səkkizinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilsin;
1.15. 53-cü hissədə:
1.15.1. üçüncü abzasda “, hərbi tədris məktəblərinin və hərbi litseyin” sözləri “və xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
1.15.2. dördüncü abzasda “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.16. 56-cı hissənin birinci, ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi
qulluqçularının hərbi geyim
formaları və fərqləndirmə nişanlarının
təsvirləri”ndə:
2.1.
“Hərbi tədris məktəbləri (HDQ məktəblərindən
başqa) və hərbi litsey kursantlarının geyim
forması (xüsusi geyimdən başqa)” üzrə:
2.1.1.
adında “Hərbi tədris məktəbləri (HDQ məktəblərindən
başqa) və hərbi litsey” sözləri “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan
xüsusi təyinatlı təhsil müəssisələri
(Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən
başqa)” sözləri ilə əvəz edilsin;
2.1.2.
24-cü şəkildə “HTM kursantlarının” sözləri
“XTTM kursantlarının” sözləri ilə, “HTM-də və
hərbi litseylərdə” sözləri “XTTM-də” akronimi ilə
əvəz edilsin;
2.1.3.
25-ci şəkildə “HTM və hərbi litsey” sözləri
“XTTM” akronimi ilə, “HTM-də” akronimi “XTTM-də (hərbi
litseydən başqa)” sözləri ilə əvəz edilsin;
2.1.4.
27-ci şəkildə “HTM kursantlarının” sözləri
“XTTM kursantlarının” sözləri ilə, “HTM-də və
hərbi litseylərdə” sözləri “XTTM-də” akronimi ilə
əvəz edilsin;
2.1.5.
28-ci şəkildə “HTM və hərbi litsey” sözləri
“XTTM” akronimi ilə, “HTM-də” akronimi “XTTM-də (hərbi
litseydən başqa)” sözləri ilə əvəz edilsin;
2.2.
“HDQ hərbi tədris məktəbləri kursantlarının
geyim forması (xüsusi geyimdən başqa)” üzrə:
2.2.1.
adında “HDQ hərbi tədris məktəbləri” sözləri
“Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi”
sözləri ilə əvəz edilsin;
2.2.2.
49-cu, 50-ci, 51-ci, 52-ci və 56-cı şəkillərdə
“HDQ HTM” akronimləri “Azərbaycan Ali Hərbi Dənizçilik
Məktəbi” sözləri ilə əvəz edilsin;
2.2.3.
53-cü, 54-cü, 55-ci, 57-ci və 58-ci şəkillərdə
“HDQ” akronimi “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi”
sözləri ilə əvəz edilsin;
2.3. “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları”nın 67-ci şəklində “Hərbi tədris məktəbləri və hərbi litsey” sözləri “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə, “HTM” akronimi (hər iki halda) “XTTM (hərbi litsey kursantlarından başqa)” sözləri ilə, “HDQ” akronimi “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.- 3 iyul.- S. 3.