“Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin ali
hərbi tədris müəssisələrinin məzunları üçün döş
nişanlarının təsis edilməsi və verilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 14 may tarixli 132 nömrəli Fərmanının ləğv
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1322 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali
hərbi tədris müəssisələrinin məzunları
üçün döş nişanlarının təsis
edilməsi və verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 132 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 5, maddə 302) ləğv edilsin.
2. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi bir ay müddətində
tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri
məzunlarının döş nişanları haqqında Əsasnaməni
və həmin döş nişanlarının təsvirini təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.- 3 iyul.- S. 3.