“Dövlət
orqanları ləğv edilərsə və ya
ştatlar ixtisara
düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə
düzəlməkdə və ya dövlət
orqanlarında tutduğu vəzifəyə
uyğun vəzifə tutmaqda
dövlət qulluqçusunun “Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə
tutulmuş üstünlüyünün
həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında dövlət
qulluğuna müsabiqə vasitəsilə qəbul
Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 392 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrasını təmin
etmək məqsədi ilə qərara alıram:
1.
“Dövlət orqanları ləğv edilərsə və ya
ştatlar ixtisara düşərsə, vəzifə
maaşına və ixtisasa uyğun işə düzəlməkdə
və ya dövlət orqanlarında tutduğu vəzifəyə
uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 21.1.6-cı maddəsində nəzərdə
tutulmuş üstünlüyünün həyata keçirilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.- 3 iyul.- S. 4.