Daxili işlər orqanlarının əməkdaşları
Fəxri xiyabanı və Şəhidlər xiyabanını
ziyarət etmişlər
Azərbaycan
polisinin peşə bayramı ilə əlaqədar
general-polkovnik Ramil Usubov başda olmaqla daxili işlər
orqanlarının əməkdaşları iyulun 2-də Fəxri
xiyabana gələrək, müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Sonra
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş qəhrəman Vətən
övladlarının məzarları ziyarət olunmuş,
"Əbədi məşəl" abidəsinin önünə
əklil qoyulmuşdur.
Azərbaycan.- 2011.-3 iyul.- S. 5.