Azərbaycan Diplomatik Akademiyasının V Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlamışdır

 

İyulun 2-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) 5-ci Bakı Yay Enerji Məktəbi fəaliyyətə başlamışdır. Yay məktəbi iyulun 16-dək davam edəcəkdir.

Dövlət Neft Şirkəti ilə birgə təşkil olunan Bakı Yay Enerji Məktəbinə Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin nümayəndələri də qatılacaqlar. Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın RiceTexas A&M universitetlərinin tanınmış professorları mühazirə oxuyacaq, "Nabukko" layihəsinin təmsilçiləri, Avropanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri isə təcrübələrini bölüşəcəklər.

Builki yay məktəbində enerji siyasətinin iqtisadisiyasi əsasları, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə ediləcək, xarici ölkələrdən gəlmiş gənc diplomatlar, tələbələr dünyanın və Azərbaycanın enerji bazarında mövcud olan meyilləri, enerji bazarının hüquqi, iqtisadiekoloji aspektlərini, transmilli yerlixarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaqlar.

Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və başqalarının çıxışları nəzərdə tutulur.

Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev proqramın böyük əhəmiyyətini vurğulayaraq demişdir ki, iştirakçılar burada bir-biri ilə ünsiyyətdə olacaq, aldıqları məlumatlardan və təcrübə mübadiləsindən gələcəkdə öz tədqiqat işlərində istifadə edəcəklər. H.Paşayev əvvəlki dörd yay məktəbinin uğurlu keçdiyini deyərək budəfəki proqramın da səmərəli olacağına inandığını bildirmişdir.

Yay məktəbində Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, ABŞ, İran, ümumiyyətlə, 17 ölkədən 42 iştirakçı təhsil almaq hüququ qazanmışdır.

İndiyədək 37 ölkənin 140-dək nümayəndəsi ADA-nın yay məktəbinin dinləyicisi olmuşdur.

Proqramın sonunda iştirakçılara sertifikat veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 3 iyul.- S. 5.