Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilsin:

 

 

"Əməkdar elm xadimi"

 

Natiq Məmməd oğlu Atakişiyev

Eldar İsmayıl oğlu Vəliyev

Tofiq Davud oğlu Məlikli

 

"Əməkdar incəsənət xadimi"

 

Cahangir Mütəllib oğlu Novruzov

Ebrahim Ehrari

 

"Əməkdar bədən tərbiyəsi və idman xadimi"

 

Məmməd Həşimoviç Cəfərov

 

"Əməkdar artist"

 

Arif Abdulla oğlu Mirzəyev

Mərdan Əhmədiyyə oğlu Feyzullayev

 

"Əməkdar rəssam"

 

Teymur Rəsul oğlu Rzayev

 

"Əməkdar jurnalist"

 

Mahir Canmirzə oğlu Həmzəyev

 

"Əməkdar mədəniyyət işçisi"

Gülşən Lətif qızı Kazımova

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 3.