Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1322 nömrəli Sərəncamının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 253; 2005, ¹ 4, maddə 299; 2008, ¹ 6, maddə 496) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.1-ci bəndin ikinci cümləsində “ali hərbi tədris” sözləri “xüsusi təyinatlı ali təhsil” sözləri ilə əvəz edilsin.

2. 1.2-ci bəndin birinci abzasında “qulluqçuların peşə hazırlığını artıran və təkmilləşdirən” sözləri “qulluqçulara əlavə təhsil verən” sözləri ilə, “ali hərbi tədris” sözləri “xüsusi təyinatlı ali təhsil” sözləri ilə əvəz edilsin.

3. 1.4-cü bənddə “ali ixtisas təhsilinin istiqaməti” sözləri “ali peşə-ixtisas təhsilinin məzmunu” sözləri ilə, “tədris proqramlarına” sözləri “təhsil proqramlarına” sözləri ilə əvəz edilsin.

4. 1.5-ci bəndin birinci abzasında “Azərbaycan Respublikasının qanunlarına və” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa,” sözləri ilə əvəz edilsin.

5. 3.2-ci bəndin “d” yarımbəndində “tədrisin keyfiyyətinə” sözləri “təhsilin keyfiyyətinə” sözləri ilə əvəz edilsin.

6. 3.3-cü bənddə:

6.1. “ç” yarımbəndində “ixtisaslarını təkmilləşdirmək” sözləri “əlavə təhsil vermək” sözləri ilə əvəz edilsin;

6.2. “e” yarımbəndində “aspirantura, doktorantura və tədqiqatçılıq” sözləri “adyunktura və dissertantlıq” sözləri ilə əvəz edilsin.

7. 4.6-cı bəndin “d” yarımbəndində “aspirantların və doktorantların” sözləri “adyunktların” sözü ilə əvəz edilsin.

8. 4.10-cu bəndin birinci abzasında “müzakirəsi üçün” sözlərindən sonraali idarəetmə orqanı olan” sözləri əlavə edilsin.

9. 4.11-ci bənddə:

9.1. “c” yarımbəndində “, yenidən hazırlanması və ixtisaslarının artırılmasını” sözləri “və əlavə təhsilini” sözləri ilə əvəz edilsin;

9.2. “f” yarımbəndində “doktorant və” sözləri çıxarılsın, “elmlər namizədləri” sözləri “fəlsəfə doktorları” sözləri ilə əvəz edilsin;

9.3. “g” yarımbəndində “aspiranturayasözüadyunkturayasözü ilə, “namizədlik və doktorluq” sözləri “fəlsəfə doktoru və elmlər doktoru” sözləri ilə əvəz edilsin;

9.4. “i” yarımbəndində “aspirantlarsözüadyunktlarsözü ilə əvəz edilsin.

10. 5.5-ci bəndin “a” yarımbəndində “tədris prosesinin” sözləri “təhsil prosesinin” sözləri ilə, “e” yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda “ə”, “f” və “g” yarımbəndləri əlavə edilsin:

“ə) Akademiyada təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

f) ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisaselmi dərəcəsini yüksəltmək;

g) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.”.

11. 5.6-cı bəndin “g” yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda “ğ”, “h”, “x” və “ı” yarımbəndləri əlavə edilsin:

ğ) təhsil alanlarda fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək;

h) şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərinə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

x) pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq;

ı) qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”.

12. 5.12-ci bənddə “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

13. 5.13-cü bənddə “elmlər namizədi” sözləri “fəlsəfə doktoru” sözləri ilə, “ixtisaslaşdırılmış şura” sözləri “dissertasiya şurası” sözləri ilə əvəz edilsin.

14. 6.1-ci bəndin ikinci cümləsində “, aspirantlaradoktorantlara” sözləri “və adyunktlara” sözləri ilə əvəz edilsin.

15. 6.2-ci bənddə:

15.1. ikinci abzasda “təkmilləşdirmə və ixtisasartırma keçən” sözləri “əlavə təhsil alan” sözləri ilə əvəz edilsin;

15.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

AdyunktlarAkademiyada adyunkturada təhsil alan təhlükəsizlik orqanlarının hərbi qulluqçuları və Akademiyanın professor-müəllim heyətindən olan şəxslərdir.”.

16. 6.5-ci bənddə “təkmilləşdirilməsi və ixtisasartırması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilsin.

17. 6.6-cı bəndin “a” yarımbəndində “məzmunu” sözü “təhsilin məzmunu” sözləri ilə, “d” yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda “e” və “ə” yarımbəndləri əlavə edilsin:

e) dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

ə) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.”.

18. 6.7-ci bəndin “ə” yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda “f”, “g” və “ğ” yarımbəndləri əlavə edilsin:

f) dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

g) pedaqoji heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.”.

19. 6.13-cü bəndin ikinci abzasında “aspirantlarsözüadyunktlarsözü ilə əvəz edilsin.

20. 6.17-ci bəndin birinci abzasında “ixtisassözüixtisas dərəcəsi” sözləri ilə əvəz edilsin.

21. 6.18-ci bəndin birinci cümləsində “aspiranturayasözüadyunkturayasözü ilə, ikinci cümləsində “müdavimlərin” sözü “məzunların” sözü ilə əvəz edilsin.

22. 7.4-cü bənddə “tədris planlarına, proqramlarına” sözləri “təhsil proqramlarına, tədris planlarına” sözləri ilə, “aspirantların və doktorantların” sözləri “adyunktların” sözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il.

 

Azərbaycan.- 2011.- 5 iyul.- S.  4.