“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il
17 may tarixli 128-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 128-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay
müddətində:
1.1.
qüvvədə olan Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.- 5 iyul.- S. 5.