“Azərbaycan
Respublikasının Ailə Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli
114-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may
tarixli 114-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 114-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 114-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.-5 iyul.- S. 5.