“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il
10 iyun tarixli 139-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 139-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
1.1.
qüvvədə olan Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.-5 iyul.- S.
5.