“Torpaqların
dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il
17 may tarixli 123-IVQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 123-IVQD
nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 123-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 123-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul 2011-ci
il.
Azərbaycan.- 2011.-5 iyul.- S. 5.