“İcra
məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndinə əsasən, “Məhkəmə qərarlarının
icrası işinin təkmilləşdirilməsi
və “Məhkəmə nəzarətçiləri və məhkəmə
icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə
və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara
alır:
“İcra
məmurları haqqında” Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə
18; 2001-ci il, ¹11, maddə 687, ¹12, maddə 731; 2003-cü il, ¹1,
maddə 23, 2004-cü il, ¹2, maddə 57, ¹3, maddə 133;
2006-cı il, ¹11, maddə 928; 2007-ci il, ¹1, maddə 4, ¹7, maddə
712; 2010-cu il, ¹7, maddə 591) 12-ci maddəsinin
üçüncü hissəsində “Məhkəmə qərarlarının
icrası” sözləri “İcra” sözü ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il
Azərbaycan.- 2011.- 5 iyul.- S. 4.