İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Mİlli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 12, maddə 1084; 2006-cı il, ¹12, maddə 1031; 2008-ci il, ¹ 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 82.1-ci maddədə “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları” sözləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları” sözləri ilə əvəz edilsin.

2. 82.3.1-ci, 82.3.3-cü və 83.1-ci maddələrdə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

3. 87-ci maddədə “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəmə icraçıları” sözləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqicra məmurları” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 4.