“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007-ci il, ¹ 12,
maddə 1194; 2008-ci il, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7,
maddə 602, ¹ 8, maddələr 699, 710; 2009-cu il, ¹ 6, maddələr
395, 399, ¹ 11, maddələr 877, 879; 2010-cu il, ¹ 7, maddə 579;
Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 94-IVQD
nömrəli və 17 may tarixli 128-IVQD nömrəli qanunları)
aşağıdakı məzmunda 19.3-cü maddə əlavə
edilsin:
“19.3.
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas
iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində
azı 25 il çalışmış elmi dərəcəsi
olan işləməyən əmək
pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən
qulluq stajına görə əmək pensiyasına əlavələr
təyin edilmiş əmək pensiyaçıları istisna
olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə
elmlər doktoru elmi dərəcəsinə görə 200
manat, fəlsəfə doktoru elmi dərəcəsinə
görə 120 manat məbləğində əlavə
hesablanır”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 iyun
2011-ci il.
Azərbaycan.-2011.-5 iyul.-S.5.