Qırğız Parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İyulun 4-də Qırğız Parlamentinin sədri Axmatbek Keldibekov Azərbaycana rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin müavini Valeh Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

Axmatbek Keldibekov hava limanında jurnalistlərə bildirmişdir ki, Qırğız Respublikası ilə Azərbaycan dost ölkədir. Müstəqilliyimizi bərpa etdikdən sonra əlaqələrimiz uğurla inkişaf etmişdir. Səfərin məqsədi dinamik şəkildə inkişaf edən Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

A.Keldibekov ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-5 iyul.- S.  6.