Ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət
Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov iyulun 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 5 iyul.- S. 6.