Azərbaycan
nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial
Şurasının iclasında iştirak edir
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iyulun 4-də Cenevrədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti sessiyası öz işinə başlamışdır.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya çərçivəsində
nümayəndə heyəti rəhbərinin müzakirələrdə
çıxışı və həmçinin bir sıra ikitərəfli görüşlərin
keçirilməsi nəzərdə tutulur.
Azərbaycan.- 2011.- 5 iyul.- S. 6.