Malayziyanın "The Leaders İnternational" jurnalında Azərbaycan haqqında məqalə dərc olunmuşdur

 

Malayziyanın nüfuzlu "The Leaders" jurnalının iyun nömrəsində Azərbaycan haqqında məqalə dərc olunmuşdur.

Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalə ölkəmizin Malayziyadakı səfiri Tahir Kərimovun müsahibəsi əsasında çap olunmuşdur.

Jurnal həm Malayziyanın, həm bütün dünyanın biznes aləmində baş verən hadisələri, həmçinin müxtəlif sektorlarda fəaliyyət göstərən aparıcı rəhbər məmurlarla keçirilmiş müsahibələri işıqlandırır.

Məqalədə, Azərbaycanın iyirmi il bundan əvvəl öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən, əldə olunan nailiyyətlərdən bəhs olunur. Həmin dövrdə müstəqilliyin qorunub saxlanılmasında dövlətçiliyin möhkəmləndirilməsində, eləcə ölkə iqtisadiyyatının gücləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu xüsusi qeyd edilir. T.Kərimov həmçinin Azərbaycanın hazırkı iqtisadi inkişafından, ölkə iqtisadiyyatına sərmayə qoyuluşu biznes üçün mövcud geniş imkanlardan söhbət açmışdır.

 

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 7.