Milli Məclisdə görüş
İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşmüşdür. Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurlu inkişafından, qarşılıqlı tərəfdaşlığın gələcək perspektivlərindən danışılmışdır.
Ziyafət Əsgərov demişdir ki, Azərbaycan NATO-nun ən yaxşı tərəfdaşlarından biridir. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub. Bu qurumla əlaqələrimiz siyasi dialoq, plüralizm, terrorizmə qarşı mübarizə və digər istiqamətlərdə uğurla inkişaf edir. Həmçinin Azərbaycan terrorizmlə mübarizədə NATO-nun mövqeyini dəstəkləyir.
Ölkəmiz Avratlantik Tərəfdaşlıq Şurası çərçivəsində də aktiv fəaliyyət göstərir və bu sahədə NATO ilə 200-dən çox tədbir keçirilmişdir.
Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindən söz açan Ziyafət Əsgərov demişdir ki, mövcud problemin həll olunmaması bölgədə sülh və əminamanlığın təminatına ciddi əngəl yaradır. İşğalla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini, ATƏT, Avropa Şurasının qərarlarını xatırladan Ziyafət Əsgərov Ermənistanın təcavüzkar siyasətdən hələ də əl çəkmədiyini diqqətə çatdırmışdır.
Ceyms Appaturay
demişdir ki, NATO Azərbaycana strateji baxımdan xüsusi önəm verir. Münasibətlərimiz ildən-ilə dərinləşir.
Azərbaycan sülməramlılarının
Əfqanıstanda sülhyaratma
tədbirlərində fəal
iştirakı münasibətlərimizə
ən yaxşı nümunə ola bilər. Regionda qlobal layihələrin həyata keçirilməsində
göstərdiyiniz diqqət
təqdirəlayiqdir. Azərbaycanın
bölgədə terrorizmə
qarşı mübarizə
aparması da NATO tərəfindən yüksək
qiymətləndirilir.
Ceyms Appaturay daha sonra bildirmişdir ki, NATO Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllində maraqlıdır.
Münaqişə hər
iki tərəf üçün məhdudiyyətlər
yaradır. Münaqişənin
davam etməsi bölgədə sülh və təhlükəsizliyin
bərqərar olmasına
başlıca maneədir.
NATO Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini dəstəkləyir.
Sonda tərəflər qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2011.- 6 iyul.- S. 4.