Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 5, maddə 236;
2003-cü il, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279;
2004-cü il, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə
761; 2005-ci il, ¹ 4, maddələr 277, 278; 2006-cı il, ¹ 2, maddə
64, ¹ 12, maddə 1006; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə
68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə
756; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə
1046; 2009-cu il, ¹ 6, maddə 402; 2010-cu il, ¹ 2, maddə 75, ¹ 4,
maddə 276) aşağıdakı dəyişikliklər
edilsin:
1.
176.3-cü maddənin ikinci hissəsində “məhkəmə
nəzarətçiləri” sözləri “icra məmurları”
sözləri ilə əvəz edilsin.
2.
231-ci maddənin adında “icraatın dayandırılması”
sözlərindən sonra “, borclunun ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması”
sözləri əlavə edilsin.
3.
231.3-cü maddədə:
3.1.
birinci cümlədə “məhkəmə
icraçısının” sözləri “, habelə borclunun
ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
icra məmurunun” sözləri ilə əvəz edilsin;
3.2.
ikinci cümlədə “məhkəmə
icraçısına” sözləri “icra məmurunun” sözləri
ilə, “məhkəmə icraçısının” sözləri
“icra məmurunun” sözləri ilə əvəz edilsin;
3.3.
aşağıdakı məzmunda üçüncü
cümlə əlavə edilsin, üçüncü cümlə
dördüncü cümlə hesab edilsin:
“Borclunun
ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması
məsələsinə məhkəmə
icraçısının olduğu yer üzrə məhkəmə
tərəfindən baxılır.”;
3.4.
dördüncü cümləyə “icraatın
dayandırılması” sözlərindən sonra “, habelə
borclunun ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması” sözləri əlavə
edilsin.
4.
231.4-cü maddədə “icraatın dayandırılması”
sözlərindən sonra “, borclunun ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması”
sözləri əlavə edilsin.
5. Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsinə
“İtirilmiş məhkəmə icraatının və ya
icra üzrə icraatın bərpa edilməsi” Əlavəsinin
13-cü bəndinin ikinci abzasında “məhkəmə
icraçısının” sözləri “icra məmurunun”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.
Azərbaycan.- 2011.- 6 iyul.- S. 5.