“Azərbaycan
Respublikası Hökuməti və Albaniya
Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara
malik olan şəxslər
üçün vizaların ləğv
edilməsi haqqında” Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə
uyğun olaraq qərara alır:
“Azərbaycan
Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər
Şurası arasında diplomatik və xidməti pasportlara
malik olan şəxslər üçün vizaların ləğv
edilməsi haqqında” 2011-ci il martın 10-da Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il
Azərbaycan.- 2011.- 6 iyul.- S. 5.