“Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli
112-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may
tarixli 112-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 112-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
qüvvədə olan normativ
xarakterli aktların “Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli
112-IVQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 iyul
2011-ci il.
Azərbaycan.- 2011.-6 iyul.- S. 5.