Azərbaycanın sığorta-pensiya sistemi digər ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın da etibarlı sosial müdafiəsini təmin edir

 

- Səlim müəllim, iyunun 28-də Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. BSTA kimi mötəbər bir qurumun özünün əlaqələndirmə mərkəzinin açılmasında ölkəmizə istinad etməsi nə ilə bağlıdır?

- Bilirsiniz ki, Azərbaycan Respublikası inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdürAssosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Bakı şəhərində Assosiasiyanın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması və bu tədbirə BSTA-nın Baş katibi cənab Hans-Horst KonkolevskiAvropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri cənab Zbiqnev Derdzyukun da şəxsən qatılmaları ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi islahatlarla əldə olunmuş nailiyyətlərin və yüksək beynəlxalq nüfuzun əyani göstəricisidir. Regional mərkəzin yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli idarəetmə və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcəkdir.

- Ötən həftə Azərbaycan, həmçinin, BSTA-nın təşkilatçılığı ilə "Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma" mövzusunda beynəlxalq texniki seminara da ev sahibliyi etdi. İlk növbədə sosial müdafiəsinin müzakirəsi aparılan əmək miqrantları və qloballaşma barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Müasir dünyada vahid iqtisadiinformasiya məkanının yaranması proseslərinin güclənməsinin sürəti qloballaşmanın artıq meyil deyil, svilizasiya tarixinin növbəti mərhələsi olduğunu qətiyyətlə təsdiq etmişdir.

Qloballaşmanın müxtəlif əlaqələrin, yəni iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sürətli inkişafına əsaslandığını nəzərə alsaq, insanların maneəsiz yerdəyişməsini, yəni miqrasiyanın genişlənməsi və dərinləşməsini bu prosesin doğurduğu təbii nəticələrdən biri kimi qəbul etmək olar.

Qloballaşma şəraitində miqrasiya proseslərinin başvermə səbəblərinə diqqət yetirdikdə iqtisadi qloballaşmanın siyasi və mədəni qloballaşmaya nisbətən daha ciddi təsirə malik olduğusosial qloballaşmanı da öz təsiri ilə sürətlə genişləndirdiyi aydın görünür.

İqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu, özünü daha çox immiqrasiyanın genişlənməsində göstərir. Həmin ölkələrdə bir tərəfdən iqtisadiyyatın inkişafı, digər tərəfdən isə demoqrafik vəziyyətin bununla üst-üstə düşməməsi beynəlxalq əmək bölgüsünə yeni məzmun verməklə işçi qüvvəsi idxalını şərtləndirir. İqtisadiyyatı zəif inkişaf etmiş ölkələrdə isə əmək bazarı tapa bilməyən işçi qüvvəsinin inkişaf etmiş ölkələrə emiqrasiyası prosesi baş verir. Beləliklə, iqtisadi inkişafın səviyyəsi ilk növbədə işçi qüvvəsinin yerdəyişməsi proseslərini tənzimləyir, müəyyən zaman kəsiyində immiqrasiyanı və ya emiqrasiyanı şərtləndirir.

- Qeyd etdikləriniz Azərbaycan üçün nə dərəcədə xarakterikdir? Ölkəmizin müstəqillik əldə etməsindən keçən 20 il ərzində müxtəlif mərhələləri - həm böhran, həm də inkişafı yaşaması miqrasiya proseslərinə necə təsir edib?

- Bunu Dövlət Statistika Komitəsinin məlumatları əsasında Azərbaycanın timsalında son dərəcə aydın görmək olar. Bir çox səbəblərdən iqtisadiyyatda böhranın yaşandığı 1990-1994-cü illərdə ölkədən gedənlərin sayı 342,3 min, ölkəyə gələnlərin sayı isə 211,2 min nəfər olmaqla emiqrasiya artıqlığı, yəni emiqrasiyanın immiqrasiyadan artıq olan hissəsi 130,8 min nəfər təşkil etmişdir. İqtisadi geriləmənin dayandırıldığı və inkişafın tədricən reallaşdırıldığı 1995-1999-cu illərdə ölkədən gedənlərin sayı 64,5 min, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər olmaqla emiqrasiya artıqlığı 34,8 min nəfərə enmişdir. Sürətli iqtisadi inkişafın tədricən təmin olunduğu 2000-2004-cü illərdə ölkədən gedənlərin sayı 28,1 min, ölkəyə gələnlərin sayı isə 13,1 min nəfər olmaqla, emiqrasiya artıqlığı 15 min nəfər qeydə alınmışdır. İqtisadiyyatın sürətlə inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin sayı 12,5 min, ölkəyə gələnlərin sayı isə 12,1 min nəfər olmaqla emiqrasiya fərqi 0,4 min nəfərədək azalmışdır. Ayrılıqda götürüldükdə həmin dövrə aid 2008-2009-cu illərdə 2 min nəfərlik immiqrasiya artıqlığı qeydə alınmışdır.

Bütün bunlar insanların ölkələr və regionlar üzrə yerdəyişməsi, yəni miqrasiyasının daha çox iqtisadi amillərlə və bu amillərin doğurduğu nəticələrlə bağlı olduğunu ölkəmizin timsalında da bir daha təsdiqləyir. Təbiidir ki, müxtəlif regional münaqişələrin, ölkələrdaxili milli, diniirqi problemlərin, eləcə də təbii fəlakətlərin də miqrasiya proseslərinə təsirini inkar etmək olmaz. Lakin bu hallarla bağlı miqrasiya uzun müddət davam edərsə, son nəticədə əmək qabiliyyətli insanların əmək bazarında iştirakı prosesinin bərqərar olması qaçılmazdır.

- Belə aydın olur ki, miqrasiya proseslərinin əsas iştirakçıları kimi iqtisadi fəaliyyətlə bağlı miqrasiya edənlər, başqa sözlə, əmək miqrantları çıxış edir. Bəs onların sosial müdafiəsi problemionun həlli hansı səviyyədədir? Təbii ki, bu məsələ xaricdə çalışan azərbaycanlıların sosial müdafiəsi baxımından ölkəmizin də bilavasitə maraqları çərçivəsindədir.

- Beynəlxalq müstəvidə müvəqqəti əmək miqrantlarının sosial müdafiəsi kifayət qədər çətin bir problem kimi daim müzakirə olunurbu problemin vaxtında tənzimlənməsi təmin olunmazsa, immiqrasiyaya emiqrasiyanın baş verməsindən asılı olmayaraq bütün ölkələrdə qloballaşmanın doğura biləcəyi mənfi meyil kimi ortada olur.

Bu problemlər əmək miqrantları qəbul edən ölkələrdə cəmiyyətin bir hissəsinə çevrilmiş miqrantlar və onların ailə üzvlərinə münasibətdə təminatlı əməkhaqqı və sosial müavinətlərin verilməsi, əməyin texniki təhlükəsizliyi və gigiyenasına riayət olunması, yaşayış yeritibbi xidmətlərlə təmin olunma, xəstəlik, əmək zədəsi, əllillik və digər bu kimi hallardan sığortalanma kimi məsələlərin həllində daha aktual görünür. İşçi qüvvəsi ixrac edən ölkələrdə isə emiqrantın yaşayış yerini dəyişməmiş ailə üzvlərinin tibbi xidmətlərə ehtiyac və ailə başçısını itirmə kimi risklərdən sığortalanması, xaricdə işləmiş şəxsin öz vətəninə qayıtmasından sonra pensiya və digər sosial xidmətlərə olan tələbinin ödənilməsinin həlli xüsusilə vacib məsələ kimi diqqəti çəkir.

Beləliklə, qeyd etdiyimiz kimi, iqtisadi qloballaşma sosial qloballaşmanın sürətlə genişləndirilməsini tələb edir. Həmin problem müasir dünyaya inteqrasiya yolu tutmuş Azərbaycan üçüneyni dərəcədə aktualdır.

Bu baxımdan qloballaşmanın xüsusi bir sferasını təşkil edən və iqtisadi inteqrasiyanın təsiri altında sürətlə böyüyən beynəlxalq miqrasiya proseslərinin subyektlərinin, yəni əmək miqrantlarının sosial müdafiəsinin təmin olunmasına çalışan beynəlxalq və regional təşkilatların - Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Avropa Şurasının, PensiyaSosial Fondların Beynəlxalq Assosiasiyasının səyləri xüsusi əhəmiyyət kəsb edir.

Təkcə onu demək kifayətdir ki, ötən həftə keçirdiyimiz seminar qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi mövzusunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bakı şəhərində təşkil etdiyi sayca ikinci beynəlxalq tədbirdir. 2005-ci il 7-9 sentyabr tarixlərində "Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda Bakı şəhərində keçirilmiş beynəlxalq konfransorada qəbul olunmuş "Bakı Bəyənnaməsi" qloballaşmanın doğura biləcəyi neqativ meyillərin yumşaldılması və tədricən aradan qaldırılması istiqamətində müsbət rol oynamışdır.

- Mümkünsə, beynəlxalq təcrübədə əmək miqrantlarının sosial müdafiəsi sahəsində tətbiq olunan mexanizmləri və həmin mexanizmlərin reallaşması xüsusiyyətlərini bir qədər ətraflı şərh edərdiniz.

- Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi, xüsusilə də onların gələcək pensiya təminatı kimi çətin problemin həlli bu məqsədlə imzalanan ikitərəfli və çoxtərəfli sazişlərin yerinə yetirilməsi yolu ilə tənzimlənir.

Lakin qeyd olunmalıdır ki, sazişlərin bağlanılması və reallaşdırılması üçün bir sıra ciddi tələblərin gözlənilməsi vacibdir. Həmin tələblər əməkdaşlığın hüquqi-prosessual əsaslarını təşkil etməklə yanaşı, əsas icra mexanizmlərini də şərtləndirir. Bu tələblər sırasına, birincisi, əmək miqrantlarının sosial müdafiəsi üzrə BMT-nin, BƏT-in və digər qurumların ümumbəşəri konvensiya və xartiyalarına qoşulmaqla bərabər ayrı-ayrı ölkələr tərəfindən həmin konvensiya və xartiyaların əsas müddəalarının milli qanunvericilikdə əks etdirilməsini aid etmək olar. Azərbaycan Respublikası qeyd olunan istiqamət üzrə mühüm irəliləyişlərə nail olmuşdur. Belə ki, BMT-nin bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiyaya qoşulmuş, dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmaq haqqında qərar qəbul edilmişxartiyada nəzərdə tutulmuş normaların tətbiqi üzrə dövlət proqramı təsdiq edilmiş, əmək miqrasiyası və MDB dövlətlərinin vətəndaşları olan əmək miqrantlarının sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanmış, əmək miqrasiyası haqqında və immiqrasiya haqqında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunlar qəbul edilmişdir. Ölkəmiz 2001-ci ilin yanvar ayından Avropa Şurasının tamhüquqlu üzvüdür. 800 milyondan artıq avropalını birləşdirən Avropa Şurasının üzvü kimi ölkəmiz Avropa İnsan Haqları Konvensiyasına və fərdlərin müdafiəsinə dair digər aidiyyəti sənədlərə əsaslanaraq Ümumavropa səviyyəsində ümumidemokratik prinsiplərin inkişaf etdirilməsində böyük səylər göstərir. Azərbaycanın Avropa dövlətləri ilə inteqrasiyası, onlarla bərabərhüquqlu və hərtərəfli əməkdaşlığının inkişafı, dinindən, siyasi əqidəsindən, milliyyətindən və irqindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların hüquqlarının bərabər təmin edilməsi onun bu yolda uğurla inkişaf etməsində mühüm rol oynayır.

İkinci mühüm məsələ ayrı-ayrı ölkələrdə əmək miqrasiyasının dövlət tənzimlənməsi metodlarının nə dərəcədə işlək olması ilə bağlıdır. Regional əmək bazarında əmək miqrantlarının sosial mudafiəsi vəziyyətinin təhlili zamanı onların 2 hissədən - leqalqeyri-leqal əmək miqrantlarından ibarət olduğu nəzərə alınmalıdır. Digər tərəfdən, nəzərə alsaq ki, işəgötürənlərin özləri də leqal işçi qüvvəsi və leqal əməkhaqqı məfhumlarına o qədər də müsbət yanaşmırlar, bu halda qeyri-leqal əmək miqrantlarının sayının xeyli çox olduğu aşkara çıxar. Bu sahədə beynəlxalq təcrübəni əks etdirən materiallara istinad etsək, Şimalı və Qərbi Avropada qeyri-leqal immiqrantların sayının ümumi leqal miqrantların 50 faizi həcmində olduğu ehtimal edilir. Rusiyada bütün miqrantların 50 faizi qeyri-leqal fəaliyyət göstərir. ABŞ-da orta hesabla 4-5 milyon qeyri-leqal miqrant yaşayır ki, bu da ümumi əhalinin təqribən 1,5 faizini təşkil edir. Bu göstərici İtaliyada 0,5-1 milyon nəfər, Yunanıstanda 300 min nəfər və ya əhalinin 3 faizi qədərdir.

Burada belə, bir sual meydana çıxır - xarici ölkənin əmək bazarında çalışan qeyri-leqal miqrantların işlədikləri dövrdə və ya müəyyən dövrdən sonra öz ölkələrinə geri dönəcəyi halda onların sosial müdafiəsi, xüsusilə pensiya təminatı hansı qaydada həyata keçiriləcəkdir? Əmək miqrantlarının sosial sığortalanması və pensiya təminatı sahəsində imzalanan sazişlər bu problemin tənzimlənməsinə necə yardım edə bilər? Texniki seminarda bu problem geniş müzakirə olunduxüsusi vurğulandı ki, ayrı-ayrı ölkələrin sosial müdafiə və pensiya qurumları bu şəkildə qoyulan sualı müsbət cavablandırmaq üçün birgə səylərini daha da artırmalıdırlar.

Əmək miqrantlarının sosial müdafiəsi üzrə sazişlərin bağlanılması və sonradan reallaşdırılması üçün zəruri olan növbəti məsələ beynəlxalq əmək bazarlarının iştirakçıları olan dövlətlərin sosial müdafiə sistemlərinin bir-biri ilə uyğunluğudur. Azərbaycan Respublikası Avropa Sosial Xartiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ardıcıl surətdə öz sosial sistemini təkmilləşdirmiş və ölkədə beynəlxalq normalara uyğun yeni qəbul olunmuş hüquqi sənədlər sosial müdafiə sisteminin keyfiyyətcə yenidən qurulmasına şərait yaratmışdır.

Həyata keçirilən islahat nəticəsində ölkəmizdə 2006-cı ildən fərdi uçota əsaslanan sığorta-pensiya sisteminin yaradılması təmin edilmişdir. Bu sistem "(Dəyişdirilmiş) Avropa Sosial Xartiyası"nın "Sosial Təminat Hüququ" bölməsi ilə nəzərdə tutulmuş müvafiq ikitərəfli sazişlər bağlanmaqlayaxud digər vasitələr yolu ilə: müdafiə edilən şəxslərin hər hansı yerdəyişməsindən asılı olmayaraq, sosial təminat qanunvericiliyinin nəzərdə tutduğu üstünlüklərin saxlanılmasını təmin etməklə öz vətəndaşları və digər tərəflərin vətəndaşları üçün eyni rejim yaratmaq; tərəflərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilən sığorta və ya stajı dövrlərinin toplanaraq cəmlənməsi və s. bu kimi vasitələrlə sosial təminat hüququnu müəyyənləşdirmək kimi öhdəliklərin icrasına tam təminat verir.

Beynəlxalq standartlara uyğun hazırlanaraq qəbul edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda əmək pensiyalarının sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən təyin olunması təsbit edilmiş, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilmişdir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər və əlavələrə uyğun olaraq 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına keçilmişdir. Xüsusi vurğulamaq istərdim ki, bu tədbirlərin reallaşdırılmasında 2005-ci ilin 7-9 sentyabr tarixlərində Bakı şəhərində "Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransın tövsiyələrinin mühüm rolu olmuşdur.

Hazıradək Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış fərdi uçot sistemində 11260 nəfər xarici ölkə vətəndaşlarına sosial sığorta nömrəsi verilmişonlar üçün fərdi hesab açılmışdır. Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, GürcüstanRusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir.

- Qeyd etdiniz ki, qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsinin həllinin əsas vasitəsi ikitərəfli və çoxtərəfli sazişlərin bağlanmasıdır. Bunun üçün lazımi tələblərin ölkəmizdə gözlənilməsi təqdirəlayiqdir. Bəs konkret sazişlərin bağlanılması işi nə yerdədir. Bu sahədə hansısa problemlər varmı?

- Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən vətəndaşların gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması istiqamətində tədbirlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın əsas müddəalarından biri kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar vətəndaşların əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması vacibdir və bunun üçün ilk növbədə ayrı-ayrı ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı və sistemlərin qarşılıqlı öyrənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun birbaşa və Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilmişdir.

Hazırda pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir.

Ötən dövr ərzində Rusiya Federasiyası, Belarus Respublikası, Türkiyə, Almaniya, Polşa, Çexiya, Moldova, Litva, Latviya, Səudiyyə Ərəbistanı Krallığı, İsrail və digər dövlətlərin sığorta-pensiya qurumları ilə bu istiqamətdə ikitərəfli əməkdaşlıq daha da inkişaf etdirilmiş, nümayəndə heyətlərinin görüşləri təşkil olunmuş, müvafiq olaraq qarşılıqlı əməkdaşlığı tənzimləyən sazişlərin bağlanılması istiqamətində tədbirlər görülmüşdür.

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin 2007-ci ildən hazırlanmasına başlanılmışdır və bağlanılması istiqamətində tədbirlər davam etdirilir. 2008-ci ildən "Azərbaycan və İsrail hökumətləri arasında sosial müdafiə sahəsində yaşa və ailə başçısının itirilməsinə görə pensiya ixracı Sazişi", 2010-cu ildən "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial sığorta sahəsində Saziş" layihələrinin hazırlanması istiqamətində tədbirlərin görülməsi intensiv davam etdirilir. Yeni sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar 1998-ci ildə Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"lə tənzimlənən normalara yenidən baxılması zərurəti yarandığından 2010-cu ildən başlayaraq bununla bağlı qarşı tərəflə müzakirələr aparılır.

Bununla yanaşı, 2009-2010-cu illərdə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə FonduAlmaniya Federativ Respublikasının Pensiya Sığortası Təşkilatı arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə FonduMoldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığorta sahəsində əməkdaşlığa dair Protokol" və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" layihələri hazırlanaraq qarşı tərəflərə təqdim edilmişdir.

İyunun 29-da texniki seminarın gedişinə paralel olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə FonduMoldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol imzalandı.

Birgə əməkdaşlığın nəticələri göstərir ki, dövlətlərin əksəriyyətində adekvat qanunvericilik aktları qəbul edilmiş və əmək miqrantlarının sosial müdafiəsi üzrə həm beynəlxalq, həm də ölkədaxili münasibətlərin tənzimlənməsinin hüquqi-normativ bazası yaradılmışdır. Lakin bəzən müxtəlif dövlətlər ümumi prinsipdən deyil, yalnız həmin ölkə üçün əlverişli olan demoqrafik vəziyyətdən çıxış edirlər. Məsələn, bir sıra hallarda təklif olunan saziş layihələrində əməkçi miqrantlardan daha çox immiqrant pensiyaçılarla bağlı məsələlərin tənzimlənməsi ön plana çəkilir, bəzən əmək qabiliyyətli əmək miqrantlarının yerdəyişməsi zamanı onların fərdi uçot məlumatlarının qaşılıqlı mübadiləsi mexanizmində fikir ayrılığı olurs. Nəticədə əmək miqrantlarının sosial müdafiəsinin əsas elementinin - onların gələcək pensiya təminatının düzgünproporsional əsaslarla formalaşması əsas müzakirə predmetindən kənarda qalır.

Bu kimi hallar nəzərə alınaraq texniki seminarın gedişində regional əmək bazarlarının iştirakçısı olan dövlətlərin qeyd edilən problemi aradan qaldırmaları üçün birgə çərçivə sazişini hazırlaması barədə qərar qəbul edildi və həmin işin nəzarətə götürülməsi Bakıda yeni yaranmış Əlaqələndirmə Mərkəzinin səlahiyyətinə verildi.

 

 

Azərbaycan.- 2011.- 6 iyul.- S. 6.