Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclasları
keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc- a bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII hissələrinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.4-cü maddəsinin həmin Məcəllənin 109.3-cü və 109.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə, 60-cı maddəsinin I hissəsinə, 125-ci maddəsinin I və III hissələrinə, 127-ci maddəsinin III hissəsinə uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna, habelə Xəzər Rayon Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin həmin Məcəllənin 1137-ci, 1139-cu və 1176-cı maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-nə
təyin edilmiş iclasında İnsan Hüquqları üzrə
Müvəkkilin (Ombudsmanın) sorğusuna, iyulun 26-da isə Xəzər
Rayon Məhkəməsinin müraciətinə
baxılacaqdır.
Azərbaycan.- 2011.-7 iyul.- S. 3.