“Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alır:
“Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 18, maddə
243; 1995-ci il, ¹ 14, maddə 237; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə
385, ¹ 6, maddə 493; 1998-ci il, ¹ 2, maddə 70; 2000-ci il, ¹ 12,
maddə 835; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11,
maddə 674; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463;
2004-cü il, ¹ 7, maddə 505; 2005-ci il, ¹ 3, maddə 152, ¹ 10,
maddə 874; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 3,
maddə 219, ¹ 4, maddə 319, ¹ 11, maddə 933, ¹ 12, maddələr
1006, 1017, 1029; 2007-ci il, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11,
maddə 1053; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 8, maddələr 699,
701, ¹ 10, maddə 886; 2009-cu il, ¹ 7, maddə 519; 2010-cu il, ¹ 4,
maddə 276) aşağıdakı dəyişikliklər
edilsin:
1.
1-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda
5-ci bənd əlavə edilsin:
“5) məhkəmə
qərarı əsasında verilmiş icra sənədinin
könüllü icra üçün müəyyən
olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə
görə vətəndaşın ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması
barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı olduqda – məhdudlaşdırmanın
götürülməsi barədə qərar qəbul edilənədək.”.
2.
12-cı maddənin səkkizinci hissəsinə
aşağıdakı məzmunda 5-ci bənd əlavə
edilsin:
“5) məhkəmə
qərarı əsasında verilmiş icra sənədinin
könüllü icra üçün müəyyən
olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə
görə onların ölkədən getmək hüququnun
müvəqqəti məhdudlaşdırılması barədə
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
olarsa – məhdudlaşdırmanın götürülməsi
barədə qərar qəbul edilənədək. ”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.
Azərbaycan.- 2011.- 7 iyul.- S. 1.