Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə
583; 2001-ci il, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734;
2002-ci il, ¹5, maddə 249, ¹12, maddə 707; 2003-cü il, ¹8, maddə
425, ¹12, I kitab, maddə 671; 2004-cü il, ¹1, maddə 1, ¹11, maddə
887, ¹12, maddə 980; 2005-ci il, ¹2, maddə 61, ¹8, maddə 688,
¹12, maddə 1081; 2006-cı il, ¹12, maddələr 1005, 1026;
2007-ci il, ¹1, maddə 4, ¹6, maddə 596, ¹12, maddə 1192; 2009-cu
il, ¹7, maddə 506; 2011-ci il, ¹1, maddə 14) 90-cı maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
1.
90.3-cü maddədə:
1.1.
mətn üzrə ismin müvafiq hallarında “məhkəmə
icraçısı” sözləri “icra məmuru” sözləri
ilə əvəz edilsin;
1.2.
ikinci abzasdan “hərracda” sözü
çıxarılsın;
1.3.
90.3.24-cü maddədə “məhkəmə
icraçılarının” sözləri “icra məmurlarının”
sözləri ilə əvəz edilsin.
2.
Aşağıdakı məzmunda 90.3-1-ci maddə əlavə
edilsin:
“90.3-1.
Vergi ödəyicisinin siyahıya alınmış əmlakı
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən
etdiyi ticarət şəbəkələrində satıla bilər.”.
3.
90.4-cü maddənin ikinci abzasından “hərracda” sözü
çıxarılsın, həmin abzasda “məhkəmə
icraçısı” sözləri “icra məmuru” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.
Azərbaycan.-2011.-
7 iyul.- S.2.