Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli
928 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ölkədən getmək, ölkəyə gəlmək və
pasportlar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928
nömrəli Qərarı (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, ¹ 3-4, maddə 48; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə
493; 1998-ci il, ¹ 2, maddə 71; 2001-ci il, ¹ 11, maddələr 669,
674; 2002-ci il, ¹ 7, maddə 395; 2004-cü il, ¹ 4, maddə 199;
2006-cı il, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddələr
1006, 1033; 2007-ci il, ¹ 1, maddə 4, ¹ 4, maddə 319; 2008-ci il, ¹
8, maddə 698, ¹ 10, maddə 886; 2009-cu il, ¹ 4, maddə 211, ¹ 7,
maddə 519) ilə təsdiq edilmiş “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin
2-ci bəndinin ikinci abzasına “tətbiq edilibsə” sözlərindən
sonra “, məhkəmə qərarı əsasında
verilmiş icra sənədinin könüllü icra
üçün müəyyən olunmuş vaxtda
üzrsüz səbəbdən icra edilməməsinə
görə barəsində ölkədən getmək
hüququnun müvəqqəti məhdudlaşdırılması
barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı varsa” sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.
Azərbaycan.- 2011.- 7 iyul.- S. 3.