"Azərbaycan
Respublikası və Mərakeş Krallığı
arasında mülki və ticarət işləri üzrə
hüquqi əməkdaşlıq haqqında" müqavilənin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qərara alır:
"Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" 2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış müqavilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2011-ci il
Azərbaycan.- 2011.-7 iyul.- S.
3.