"Azərbaycan
Respublikası və Mərakeş Krallığı
arasında cinayət işləri üzrə
qarşılıqlı hüquqi
yardım haqqında" Müqavilənin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qərara alır:
"Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" 2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il
Azərbaycan.- 2011.- 7 iyul.- S. 3.