"Azərbaycan
Respublikası və Mərakeş Krallığı
arasında təslim etmə haqqında" Müqavilənin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qərara alır:
"Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında" 2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2011-ci il
Azərbaycan.- 2011.- 7 iyul.- S. 3.