Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə
görə təltif olunmuş bir qrup şəxsə mükafatlar təqdim edilmişdir
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı, eləcə də elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahələrindəki xidmətlərinə görə bir qrup şəxsin təltif olunması ilə bağlı 4 iyul tarixli sərəncamlarının icrası ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir. Dövlətimizin başçısının tapşırığına əsasən mükafatları Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev təqdim etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbiri açan akademik Ramiz MEHDİYEV mərasimin iştirakçılarını salamlayaraq dedi:
- Azərbaycana gəlmiş, qurultayda iştirak etmiş diaspor nümayəndələrini, bu gün burada iştirak edən insanların hamısını salamlayıram. Sizin hamınıza cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Fəaliyyətiniz haqqında dünən cənab Prezident proqram xarakterli nitqində çox ətraflı bəhs etdi, diaspor quruculuğu işinə qiymətini də verdi. Ona görə mənim üzərimə başqa bir missiya düşür. Bildiyiniz kimi, cənab Prezident diaspor nümayəndələrinin bir qrupunu orden, medal və fəxri adlarla təltif edibdir. Onun tapşırığı əsasında mən bu gün bu təltifin bir hissəsini bizim diaspor nümayəndələrinə təqdim etmək istəyirəm.
Bu, çox əlamətdar bir hadisədir. Çünki həqiqətən
də cənab Prezidentin diqqəti nəticəsində bizim diaspor nümayəndələri
hərəsi öz ölkəsində çox
səmərəli fəaliyyət
göstərirlər, Azərbaycanı
təmsil edirlər. Azərbaycanı özləri
sevdiyi kimi, çalışırlar ki,
yaşadıqları ölkələrin
xalqlarına da tanıtsınlar.
Bildiyiniz
kimi, son 7-8 ildə Azərbaycan çox sürətlə inkişaf
edib. Bu, hamının
gözü qabağında
olan geniş bir prosesdir. Bu prosesdə siz də iştirak edirsiniz, o mənada ki, Azərbaycanda görülən bütün
yaxşı işləri,
həyata keçirilən
tədbirləri, Azərbaycanın
inkişafı ilə
bağlı həqiqətləri
yaşadığınız ölkələrdə insanlara
çatdırırsınız.
Ümummilli lider Heydər Əliyev 2001-ci ildə I qurultayda çox məzmunlu, çox mənalı çıxış
etmişdi. Demək olar ki, o çıxışdan,
o qurultaydan sonra Azərbaycan diasporu mütəşəkkil bir
xarakter almışdır.
Yəni o müddətə
qədər, ayrı-ayrı
şəxslər işləri
aparır, tədbirləri
keçirirdilər. Birinci
qurultaydan ötən
on ildə diaspor təşkilatları uğurlu
yol keçib və çox böyük təcrübə
qazanıbdır.
Mən deyə bilərəm ki, biz Prezident Administrasiyasında bu təşkilatların fəaliyyəti
haqqında geniş məlumatlar alırıq.
Bu da bizi sevindirir. Ona görə ki, Azərbaycan diasporunun fəaliyyəti artıq istər-istəməz öz
təsirini yaşadıqları
ölkələrdə də
göstərir. Dövlət
və hökumət qurumları onların fəaliyyətinə, qaldırdıqları
məsələlərə öz reaksiyalarını verirlər. Bu da çox yaxşı haldır. Bu mənada ki, Azərbaycanın artıq qüdrətini, gücünü təkcə
diaspor təşkilatlarında
yox, həmin ölkələrdə də
hiss edirlər.
Bütün bu işlərə
görə cənab Prezident dünən öz nitqində sizin hamınıza təşəkkürünü bildiribdir. Mən də bugünkü fürsətdən istifadə
edərək hamınızı
təbrik etmək istəyirəm. Azərbaycan
xalqı, Azərbaycan
dövləti üçün
çox lazımlı
işlər gördüyünüzə
görə sizin hamınıza təşəkkürümü
bildirirəm. Doğrudan
da dünən cənab Prezidentin qeyd etdiyi kimi,
bizim hər birimizdə, hər bir azərbaycanlıda Azərbaycana məhəbbət,
sevgi, Azərbaycan haqqında düşünmək
hissləri olmalıdır.
Əgər biz istəyirik
ki, Azərbaycan dövləti dünyada indiyədək qazandığı
nüfuzu bundan sonra da artırsın,
Azərbaycanı dünyada
qabaqcıl, müasir,
inkişaf etmiş bir dövlət kimi tanısınlar və saysınlar, hamımızda bu hiss, bu sevgi olmalıdır.
Bütün bu işlərin,
yenə deyirəm, nəticəsində sizin də payınız vardır. Bu, kifayət qədər böyük bir paydır. Bir daha sizin
hamınıza təşəkkürümü
bildirirəm.
İndi
isə icazə verin, öz missiyamı yerinə yetirim və cənab Prezidentin sizi təltif etdiyi mükafatları təqdim edim.
***
Sonra təltif barədə Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2011-ci il iyulun 4-də imzaladığı
sərəncamlar oxundu.
Prezident
Administrasiyasının rəhbəri
xalqlar arasında dostluğun möhkəmləndirilməsi
və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə təltif olunmuş Eldar Əfəndiyevə "Dostluq"
ordenini, 30 nəfərə
isə "Tərəqqi"
medalını təqdim
etdi.
Sonra
elm, mədəniyyət, incəsənət,
jurnalistika, bədən
tərbiyəsi və
idman sahəsindəki
nailiyyətlərinə, Azərbaycan
diasporunun inkişafı
sahəsindəki xidmətlərinə
görə təltif olunmuş şəxslərə
"Əməkdar elm xadimi",
"Əməkdar incəsənət
xadimi", "Əməkdar
artist", "Əməkdar rəssam", "Əməkdar
jurnalist", "Əməkdar
mədəniyyət işçisi"
fəxri adlarının
döş nişanları
və vəsiqələri
təqdim olundu.
Təltif
olunanlar onların fəaliyyətinə verilən
yüksək qiymətə
görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirdilər. Vurğuladılar
ki, bu mükafat
onların vahid azərbaycançılıq məfkurəsi
ətrafında daha sıx birləşərək
xalqımızın tarixini,
mədəniyyətini, incəsənətini,
milli mənəvi dəyərlərini, eləcə
də ölkəmizlə
bağlı həqiqətlərin
yaşadıqları ölkələrdə
təbliği işində
daha fəal olmağa ruhlandırmışdır.
Təltif
olunanları təbrik
edən akademik Ramiz Mehdiyev dedi:
- Biz birlikdə çox gözəl dəqiqələr
yaşadıq. Hazırda
Azərbaycan diaspor təşkilatlarının sayı
416 olsa da, bu qurumların tərkibində çalışan
insanların sayı, əlbəttə ki, minlərlə ölçülür.
Əgər Rusiyanı
da nəzərə alsaq, bəlkə də bir neçə
milyondur. Ancaq bütün bu insanların arasından siz cənab Prezident tərəfindən
təltif olunmusunuz.
Bu, hər birimiz üçün böyük
fərəhdir, deyərdim
ki, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyə
görə cənab Prezidentə "Sağ ol!" deyirik, ona uğurlar arzulayırıq. Sizin hər birinizi bir daha təbrik
edirəm, sizə fəaliyyətinizdə yeni-yeni
uğurlar və xoşbəxtlik arzulayıram.
Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2011.- 7 iyul.- S. 4.