Emin Ağalarov: Mən Müslüm Maqomayevin xeyir-duası ilə sənətə gəlmişəm

 

Mən Müslüm Maqomayevin xeyir-duası ilə sənətə gəlmişəm. O mənim yaradıcılığıma dəstək verən ən yaxşı müəllimim olmuşdur. M.Maqomayev mənə böyük təkan vermiş, bir musiqiçi kimi yetişməyimə, püxtələşməyimə kömək etmişdir. O mənə daim ümid vermiş, müğənni olmağa həvəsləndirmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri Müslüm Maqomayevin barelyefinin açılış mərasimində iştirak edən Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarov jurnalistlərə açıqlamasında demişdir.

Müğənni vurğulamışdır ki, iyulun 7-də Bakıda, Yaşıl Teatrda keçiriləcək konsert proqramında Müslüm Maqomayevin mahnılarını da ifa edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-7 iyul.- S.  5.