Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycana
rəsmi səfəri
Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç Gəncədə görüşlərini başa çatdırdıqdan sonra iyulun 7-də Bakıya gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçi hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Belarus Respublikasının Baş nazirinə gül dəstəsi təqdim etdilər.
Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Mixail Myasnikoviç və Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
AzərTAc
Azərbaycan.-2011.- 8 iyul.- S.5.