Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 46 min nəfər
əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən
Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli
avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən
qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Ağdam Rayon İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin
etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyul 2011-ci il
Azərbaycan.-
2011.- 12 iyul.- S.1.