Bakı şəhərində müasir
İdman-Konsert Kompleksinin tikintisi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Bakı
şəhərində müasir İdman-Konsert Kompleksinin
tikintisini təmin etmək məqsədilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə ilkin
olaraq 6,0 (altı) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyul 2011-ci il
Azərbaycan.- 2011.-
12 iyul.- S.1.