Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olundu

 

Fransada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 6-da bu ölkənin xarici islər və Avropa məsələləri naziri Alən Jupe ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşünün davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunmuşdur.

Fransız adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq imkanları, iqtisadi və ticarət dövriyyəsinin genişləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılmışdır.

Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bu səfər Fransa ilə Azərbaycan arasında qurulmuş dərin dostluq münasibətlərindən xəbər verir. Aparılan danışıqlar zamanı ikitərəfli münasibətlərimizi möhkəmləndirmək və Azərbaycan ilə əməkdaşlığımızı daha da genişləndirmək üçün geniş imkanların mövcudluğu bir daha təsdiqlənmişdir.

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.9.