"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2011-ci il
Azərbaycan.-2011.- 8 iyul.- S.1.