Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Andris Berzinşə

 

Hörmətli cənab Prezident!

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 7 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.1.