Astanada rus dilində çıxan "Turan Times" qəzetində
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə
həsr olunmuş geniş
material dərc edilmişdir
Astanada rus dilində nəşr olunan "Turan Times" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan
üzrə xüsusi müxbiri
Qulu Kəngərlinin Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın fəaliyyəti ilə bağlı "Pervaya ledi Azerbaydjana"
sərlövhəli geniş məqaləsi
dərc olunmuşdur. Bundan əvvəl
həmin yazı Almatıdakı "Türkel"
internet qəzetində verilmişdi.
Q.Kəngərli
bu məqaləni Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc),
"Exo" qəzetinin və "Trend" informasiya agentliyinin materialları əsasında
hazırlamışdır.
AzərTAc
xəbər verir ki, məqalədə
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
Azərbaycan mədəniyyətinin inkişafında və dünya ölkələrində təbliğində
əvəzsiz xidmətləri geniş əksini
tapmışdır.
Materialın əvvəlində deyilir ki, Gəncənin sonuncu
xanı Cavad xanın məqbərəsinin
yenidən qurulmasında Mehriban xanım Əliyevanın
böyük xidmətləri vardır.
Yazıda bildirilir ki,
Azərbaycanın birinci xanımı
ölkəmizdə müntəzəm olaraq
keçirilən müxtəlif beynəlxalq mədəniyyət
tədbirlərinin və festivallarının təşkilində
mühüm rol oynayır.
Oxucuların diqqətinə
çatdırılır ki, beynəlxalq muğam festivalı və muğam
ifaçılarının müsabiqəsi, M.Rostropoviç
adına, eləcə də D.Şostakoviçin
və Bülbülün yubileylərinə
həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Beynəlxalq musiqi festivalı, aşıqların beynəlxalq
festivalı kimi tədbirlər məhz
Mehriban xanım Əliyevanın
yaxından dəstəyi ilə həyata keçirilmişdir.
Məqalədə
bildirilir ki, Azərbaycanın
birinci xanımının təşəbbüsü
ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin,
Müasir İncəsənət Muzeyinin binaları inşa
olunmuş, açıq səma altında
"Qala" Arxeoloji-Etnoqrafik
Kompleksi yaradılmışdır. 2010-cu
ildə Azərbaycandan kənarda 150 dövlət əhəmiyyətli tədbir keçirilmişdir. Bu mərasimlərin
təşkilində Mehriban xanım Əliyevanın
xidmətləri ölçüyəgəlməzdir.
Yazıda
Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyəti "Mehriban
Əliyevanın mədəniyyətimizin inkişafında əvəzsiz
rolu", "Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi", "Beynəlxalq
fəaliyyət", "Qəbələdə Beynəlxalq musiqi festivalı", "Azərbaycanın YUNESKO
və İSESKO ilə
əməkdaşlığının mədəni həyatın
uğurlu inkişafına təsiri",
"Azərbaycan qadınlarının dünya
tarixində rolu" və digər
yarımsərlövhələr altında verilmişdir.
Azərbaycan.-
2011.- 9 iyul.- S.2.