Emin Ağalarov
Yaşıl Teatrda geniş
konsert proqramı ilə
çıxış etmişdir
Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Bakıdakı Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış etmişdir.
AzərTAc xəbər verir ki, konsertdə Azərbaycan Prezidenti İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, müğənninin ailə üzvləri, eyni zamanda mədəniyyət xadimləri iştirak etmişlər.
Emin Ağalarov konsertə "Just For One Night" kompozisiyası ilə başlamış və ardınca yeni "Wonder" albomundan mahnı və aranjimanları, hit və kompozisiyaları bir-birindən gözəl səhnə tərtibatı və özünəməxsus ifa tərzi ilə dinləyicilərə çatdırmışdır.
Müğənni gecədə məşhur
rejissor Fil Qriffinin çəkdiyi
"Falling", "Any Time You Fall", "Just For One
Night" və "Wonder" kliplərinin təqdimatını
da etmişdir.
"Mən bir çox şəhərlərdə
çıxış edirəm. Amma Bakıdakı
konsertlər mənim həyatımda ən vacibləridir", - deyən
sənətkar bütün
iştirakçılara xoş
anlar bəxş etmişdir.
Azərbaycan.- 2011.- 9 iyul.- S.8.